BƏYƏNDİKLƏRİNİZİ DOSTLARINIZLA "Facebook" "Одноклассники" "Twitter",,,, DÜYMƏLƏRİ İLƏ PAYLAŞIN .... SİZ "SATILIR" MƏLUMAT BAZASINDASINIZ.... ELANLAR PULSUZ YERLƏŞDİRİLİR...

 

Salam!

Dostlar Sizə tam Azərbaycan dilində fəaliyyət göstərən www.hipermarket.az saytını təqdim etmək istəyirəm. Sayt  Azərbaycanın Onlayn Hipermarketi adlanır. Adından da göründüyü kimi saytın məqsədi Azərbaycanda onlayn hipermarketin yaradılmasıdır. Bu hipermarketdə həm satmaq, həm almaq həm də dəyişmək(barter) mümkündür. Bunun üçün saytda 3 baza işləyir-Satılır, Alınır, Dəyişdirilir. Satmaq, almaq, dəyişmək istədiyiniz əşyanın, əmtəənin, əmlakın, xidmətin, canlının və s. haqqında məlumatları hər bir istifadəçi müvafiq bazada özü daxil edir. Hər bir elan üçün 10 şəkil yerləşdirmək imkanı vardır. Hər 3 bazada müvafiq olaraq təxminən 300-dən çox bölmə yaradılmışdır. Məsələn Satılır məlumat bazasında Daşınmaz əmlak; Daşınmaz əmlak(icarə və kirayə); Tikinti; İnşaat materialları; Nəqliyyat vasitələri; Nəqliyyat vasitələri(icarə və kirayə); Nəqliyyat vasitələrinin ehtiyat hissələri; Mebel; Ev üçün; Texnika və avadanlıq; Texnika və avadanlıq; Məişət texnikası; Kompüter; Kompütür ləvazimatları; Çap məhsulları; Telefon; Geyim və aksesuarlar; Geyim(kirayə); Uşaq aləmi; Zərgərlik; Sağlamlıq və gözəllik; Təhsil; Musiqi; İdman; Turizm; Kolleksiya; Canlılar; Arıçılıq; İş(daimi və müvəqqəti); Xidmətlər; Müxtəlif  bölmələri var. Hər bir bölmənin tərkibində isə müvafiq alt bölmələr nəzərdə tutulub.

 Bir sözlə hər şey www.hipermarket.az  saytında satılır, alınır və dəyişdirilir. 

Gələcəkdə ingilis dilində də elan yerləşdirməyin nəzərdə tutulduğu üçün saytın digər ünvanı da www.hypermarket.az –dır. Bu domen də eyni olaraq işləyir. Yəni ki, www.hypermarket.az  www.hipermarket.az –a parking olunub.

ALINIR, SATILIR və DƏYİŞDİRİLİR düymələrini basarkən müvafiq bölmə açılır. Daxil olduğunuz məlumat bazasının düyməsi qırmızı rəngdə yanır. Bütün bölmələr qırmızı rəngli düyməyə aid olur.

 Hər bir bazada qeydiyyatdan keçərək və keçmədən pulsuz elan yerləşdirə bilərsiniz. Qeydiyyatdan keçsəniz sizin account olacaq. Bu accountla Siz yeni yüklədiyiniz elanı fərqləndirə, Gold və Silver edə, Pullu elanlar bölməsinə yerləşdirə biləcək, yerləşdirdiyiniz elanlara istədiyiniz vaxt düzəliş edə, seçdiyiniz malları səbətə yığa, Sizi maraqlandıran bölmələrə yerləşdirilən yeni elanlara abunə olmaqla, istəyinizə uyğun olaraq dərhal, saatlıq və gündəlik bildiriş ala biləcəksiniz. Belə ki, axtardığınız əmlak, əşya, xidmət, canlı və s. haqqında yeni elanları izləmək istəyirsinizsə şəxsi E-mailinizi dərhal, gündəlik, həftəlik bildiriş almaq üçün müvafiq pəncərəyə yazırsınız. Sizi maraqlandıran bölməyə yeni elan yükləndikdə sayt tərəfindən Sizin E-mailə bildiriş göndərilir.

Elan vermək üçün qırmızı rəngdə olan müvafiq bölmənin altındakı "Elan ver" düyməsini basın elanı mərhələ ilə daxil edin.

               Elanı seçimləri cavablandırmaqla     doldurursunuz. Bu çox asandır.  

 

 

Qeyd1:  Qeydiyyatdan keçmiş istifadəçilər elanlarındakı düzəlişləri özləri etmək imkanına malikdirlər.

 

Qeyd2:  Qeydiyyatdan keçməmiş istifadəçilər elanlarında düzəliş etmək üçün elanda göstərilmiş telefondan 994702314511 nömrəsinə düzəliş (mətn, fotolar, qiymət) barəsində mesaj göndərməlidirlər. Həmçinin elanda göstərilmiş E-maildən [email protected]  electron poçtuna məlumat göndərməklə də etmək olar